BİZNES

21 İyul

Azərbaycanda çay istehsalı azalıb

Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 min 668 ton çay istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İyulun 1-nə olan məlumata əsasən, ölkədə 78,1 ton hazır çay ehtiyatı mövcuddur ki, bu göstərici illik müqayisədə 18,5% azalıb.

Qeyd edək ki, ilin ilk yarısında Azərbaycanda ümumilikdə 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artım deməkdir.