BİZNES

22 İyul

Halliburtonun xalis mənfəəti ikinci rübdə 1,5 dəfə azalıb

Finss.az xəbər Amerikanın neft-mədən xidmətləri şirkəti Halliburton Co. ikinci rübdə xalis mənfəətini 1,5 dəfə azaldıb ki, bu da analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 709 milyon dollar və ya hər səhm üçün 80 sentlə müqayisədə 472 milyon dollar və ya hər bir səhm üçün 55 sent təşkil edib.

Gəlir bir il əvvəlki 5,833 milyard dollara qarşı 5,51 milyard dollara qədər azalıb. O cümlədən quyular və onlara texniki qulluq (Tamamlama və Hasilat) üzrə avadanlıq seqmentində gəlir 6,8% azalaraq 3,171 milyard dollar, ehtiyatın qiymətləndirilməsi və quyuların qazılması (Qazma və Qiymətləndirmə) seqmentində 3,8% artaraq 2,339 milyard dollar təşkil edib.

FactSet-in sorğusuna qatılan ekspertlər orta hesabla şirkətin mənfəətini 5,41 milyard dollar gəlirlə səhm başına 55 sent olaraq qiymətləndiriblər.