BİZNES

23 İyul

Bu il Azərbaycanda mənzillərin qiyməti artıb

2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 1,1% yüksəlib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında qiymətlər 3,2%, təkrar mənzil bazarında isə 1,1% bahalaşıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2025-ci ilin II rübündə mənzil qiymətləri 13,2% artıb. Bu artım ilkin mənzil bazarında 12,9%, təkrar mənzil bazarında isə 13,2% səviyyəsində olub.

Fuad Mədətov
Finss.az