BİZNES

23 İyul

Equinor-un xalis mənfəəti 2-ci rübdə 30% azalıb

Finss.az xəbər verir ki, Norveçin neft-qaz şirkəti Equinor ASA 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 30% azaldıb, hasilat isə 2% artıb.

Aprel-iyun aylarında şirkətin xalis mənfəəti ötən ilin eyni dövründəki 1,872 milyard dollara qarşı 1,317 milyard dollar təşkil edib. Düzəliş edilmiş mənfəət 31% azalaraq 1,67 milyard dollar olub.

Gəlir 2% azalaraq 25,145 milyard dollar olub.

Düzəliş edilmiş əməliyyat mənfəəti 13% azalaraq 6,535 milyard dollara düşüb. Şirkətin özünün verdiyi konsensus proqnozuna görə, analitiklər bu rəqəmi 6,53 milyard dollar qiymətləndiriblər.

Son rübdə Equinor-un hasilatı bir il əvvəlki 2,048 milyon barellə müqayisədə gündə 2,096 milyon barel neft ekvivalentinə (boe) qədər artıb. Karbohidrogenlərin orta satış qiyməti 19% azalaraq 63 dollar/barel təşkil edib.

Equinor hələ də 2025-ci ildə istehsalı təxminən 4% artırmağı planlaşdırır. Əsaslı məsrəflər 2024-cü ildəki 12,1 milyard dollarla müqayisədə təxminən 13 milyard dollar səviyyəsində planlaşdırılır.