BİZNES

23 İyul

ARDNF-ə “Azəri-Çıraq-Günəşli” yatağından 4,427 milyard manat vəsait daxil olub

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4,427 milyard manat vəsait daxil olub.

Bu barədə Finss.az Fonddan məlumatlarına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13,3% azalma deməkdir. Belə ki, 2024-cü ilin birinci yarısında ARDNF-ə AÇG yatağından 3,005 milyard ABŞ dolları (təxminən 5,109 milyard manat) vəsait daxil olmuşdu.

Qeyd olunur ki, AÇG yatağında iştirak payları belə paylanır: bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, İNPEKS – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, İTOÇU – 3,65%, ONGC Videsh – 2,92%.

Həmçinin, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator funksiyasını yerinə yetirir.

Fuad Mədətov
Finss.az