BİZNES

28 İyul

TENDER: Soyutma və isitmə sistemlərinə aylıq servis xidmətinin satınalınması

Finss.az - Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs soyutma və isitmə (havalandırma) sistemlərinin texniki xidmətinin göstərilməsi üçün açıq tender elan edib. Satınalma 2 (iki) il müddətində aylıq əsasda servis xidmətlərini əhatə edəcək.

Ehtimal olunan məbləği 67.194,00 AZN olan satınalma 39121100 təsnifat kodu üzrə aparılır. Tenderə təqdim ediləcək təkliflər 19 avqust 2025-ci il, saat 15:00-a qədər qəbul olunacaq və elə həmin tarixdə zərflərin açılışı həyata keçiriləcək.

Xidmətlərə split kondisionerlərin və dam aspiratorlarının texniki baxışı, VRF kondisioner sistemlərinin xarici bloklarının və kompressorlarının yoxlanması, freon sızıntısına nəzarət, eləcə də sensorların kalibrovkası və diaqnostikası daxildir. Ümumilikdə 1000-dən çox avadanlığın servis xidməti nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyən təchizatçılar 134.388 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödəməlidirlər. İştirak haqqı yalnız satınalma baş tutmadıqda (təchizatçı sayı üçdən az olduqda) geri qaytarıla bilər.

Müsabiqə ilə bağlı əlavə suallarla bağlı əlaqə üçün Bakı Sağlamlıq Mərkəzinin Texniki və sistem təminatı şöbəsinin müdiri Rauf Süleymanov ilə əlaqə saxlamaq mümkündür:

Daha ətraflı məlumat üçün etender.gov.az portalına daxil ola bilərsiniz.