Finss.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni ABŞ və AB arasında ticarət razılaşmasını alqışlayıb, lakin yekun razılaşmaya daha çox aydınlıq gətirilməsini istəyib.
"Mən sazişin müsbət bağlanmasını qəbul etdim, həmişə fikirləşirdim ki, ABŞ və Avropa arasında ticarət müharibəsi gözlənilməz, potensial dağıdıcı nəticələrə gətirib çıxara bilər. Amma biz təfərrüatlara baxmalıyıq, konkret olaraq hansı məhsullar üçün istisnaların edildiyini aydınlaşdırmalıyıq.Məndə dəqiq məlumat yoxdur", - deyə o, jurnalistlərə bildirib.
İtaliya 40 milyard avrodan çox ticarət profisiti ilə Avropanın ABŞ-a ən böyük ixracatçılarından biridir.
İyulun 27-də ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Şotlandiyada ticarət razılaşması əldə edildiyi açıqlanıb. Nəticədə, Aİ indi avtomobillər də daxil olmaqla, ABŞ-a ixrac edilən əksər mallara 15 faiz rüsum tətbiq edəcək. Trampın sözlərinə görə, polad və alüminiuma tətbiq edilən tariflər eyni qalacaq.
Tramp bildirib ki, Aİ 750 milyard dollarlıq enerji almağa, ABŞ-a əlavə 600 milyard dollar investisiya yatırmağa, bazarlarını ABŞ-la sıfır tarifli ticarətə açmağa və çoxlu sayda hərbi texnika almağa razılaşıb.