Finss.az - Azərbaycan Respublikasının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə məxsus 7 saylı Bərdə Ərazi İdarəsi ümumi dəyəri 77.559,04 manat olan kompüter və kompüter avadanlıqlarının satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə 20 ədəd yüksək texnologiyalı masaüstü kompüter, 4 ədəd A4 formatlı lazer printer, 20 ədəd UPS enerji sistemi, eləcə də şəbəkə aksesuarları - mouse, rozetka və kabel alışı nəzərdə tutulub. Kompüterlərdə Intel Core i7-14700 prosessor, 16 GB DDR5 yaddaş, 512 GB SSD və 1 TB HDD mövcuddur. Monitorlar 27 düym ölçüdə, IPS panel və 100 Hz yeniləmə sürəti ilə təchiz olunacaq.
İştirak etmək istəyənlər təkliflərini 13 avqust 2025-ci il saat 16:00-dək təqdim etməlidir. Tenderdə iştirak haqqı 155,12 manat, istifadə haqqı isə 25 manatdır. Ödənişlər qaydalara uyğun olaraq geri qaytarılmır.
Tenderin digər tələbləri arasında istehsalçı tərəfindən verilmiş rəsmi səlahiyyətnamə (MAF) və ən azı bir il zəmanətin verilməsi də var.
Ətraflı məlumat və sənədlər etender.gov.az portalında yerləşdirilib. Əlaqə üçün Xuraman Abdullayevaya ([email protected], +994 12 585 02 23) müraciət etmək olar.