BİZNES

31 İyul

Azərbaycan sement ixracından gəlirlər artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 449,8 min ton həcmində hazır və ya klinker formasında sement ixrac edilib.

Finss.az xəbər verir ki, bu ixracdan 28,9 milyon ABŞ dolları dəyərində gəlir əldə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 113,7 min ton və ya 33,8 faiz, dəyəri isə 8,3 milyon dollar və ya 40,3 faiz artıb.

2024-cü ilin ilk yarısında ölkədən 336,1 min ton, 20,6 milyon dollar dəyərində sement ixrac olunub.

Cari ilin göstəricilərinə əsasən, sement ixracı ümumi ixracın 0,22 faizini, qeyri-neft sektoru üzrə ixracın 1,65 faizini təşkil edib.

Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dolları olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artım deməkdir. İxracın həcmi 12,878 milyard dollar, idxal isə 11,522 milyard dollar təşkil edib. İl ərzində ixrac 0,2 faiz azalıb, idxal isə 29,9 faiz artıb.

Nəticədə, 1,356 milyard dollarlıq müsbət ticarət saldosu formalaşıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır.