BİZNES

04 Avqust

Azərbaycanda düyü idxalının dəyəri azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 30,7 min ton düyü idxal olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, idxal üçün 29 milyon ABŞ dolları xərc çəkilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə düyü idxalı miqdar baxımından 8,5 min ton və ya 21,7%, dəyər ifadəsində isə 12,1 milyon ABŞ dolları və ya 29,4% azalıb.

2024-cü ilin ilk altı ayında ölkəyə 39,2 min ton düyü, 41,1 milyon ABŞ dolları dəyərində idxal edilib.

2025-ci ilin yanvar-iyun aylarında idxal edilən düyü ümumi idxalın 0,25%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az