Finss.az xəbər verir ki, Britaniya banklarının səhmləri bazar ertəsi Ali Məhkəmənin maliyyə institutlarının avtomobil krediti ilə bağlı iş üzrə qərarından sonra yüksəlir.
Ali Məhkəmə, 2024-cü ildə bankların səhmlərinin dəyərdən düşməsinə səbəb olan aşağı məhkəmə qərarını ləğv edərək, kompensasiyanın yalnız pis avtomobil krediti ilə bağlı ən ciddi hallarda müştərilərə ödənilməsinə qərar verdi.
İş bankların avtomobil satıcılarına ödədiyi komisyon haqlarından gedirdi. Ali Məhkəmə bir bankın avtomobil satıcısına verdiyi komissiyanın rüşvət olmadığını və dilerlərin komisyon haqqını müştərilərə tam açıqlamamaqla fidusiar öhdəliyi pozmadığına qərar verdi. “The Wall Street Journal” yazır ki, avtomobil satıcısının kommersiya marağı var və məhkəmənin fikrincə, məlumatın açıqlanmaması müştəri ilə bank arasındakı münasibətləri avtomatik olaraq ədalətsiz etmir.
Maliyyə Davranışı Təşkilatı (FCA) 2021-ci ildə bu ödənişləri qadağan etdi və 2024-cü ilin əvvəlindən keçmiş razılaşmaları nəzərdən keçirir.
Tənzimləyici bazar günü müştərilərə kompensasiya vermək üçün sənaye miqyasında bir plan hazırlamaq üçün məsləhətləşəcəyini söylədi. FCA potensial kompensasiya dəyərini 9 milyard funt sterlinq ilə 18 milyard funt sterlinq (11,95 milyard dollar və 23,9 milyard dollar) arasında qiymətləndirir.