Balakən şəhərində içməli su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq.
Finss.az xəbər verir ki, layihə çərçivəsində həm su, həm də kanalizasiya infrastrukturunun müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bu istiqamətdə işlərə başlayıb. Hazırda layihəni icra edəcək podratçı şirkətin müəyyənləşdirilməsi mərhələsi davam edir.
Görüləcək işlərin dəyəri təxminən 30,9 milyon manat məbləğində qiymətləndirilir.