2025-ci ilin ilk yarısında Azərbaycandan meşə fındığı ixracında əhəmiyyətli artım müşahidə olunub.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyul sayına əsasən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında ölkədən 76,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon dollar və ya 49,4 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ilin ilk altı ayında meşə fındığı ixracı 51 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik müqayisədə 9,9 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az