2025-ci ilin ilk altı ayında Azərbaycanda əsas kapitala yatırılan investisiyaların 1,3 milyard manatı yaşayış evlərinin tikintisinə yönəldilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% artım nümayiş etdirir.
Ümumilikdə isə ölkənin iqtisadi və sosial inkişafı üçün yanvar-iyun aylarında əsas kapitala yatırılan vəsait 8,073.5 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% azalma deməkdir. Neft-qaz sahəsinə yönələn investisiyalarda 23,8% azalma baş versə də, qeyri-neft sektorunda investisiyalar 13,5% artıb.
Ümumi sərmayənin paylanmasına gəldikdə, məhsul istehsalı sahələri sərmayənin 50,4%-ni (4,067.9 milyon manat), xidmət sektoru 33,1%-ni (2,672 milyon manat), yaşayış evlərinin tikintisi isə 16,5%-ni (1,333.6 milyon manat) təşkil edib.
Sərmayənin 49,1%-i dövlət, 50,9%-i isə qeyridövlət sektorunun payına düşür. Həmçinin, əsas kapitala yönəldilən sərmayənin 78,2%-i tikinti və quraşdırma işlərinə sərf olunub, daxili mənbələr isə bu investisiyaların 75,2%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az