2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici bazarlara ixrac etdiyi neft həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azacıq artaraq 2,6 min ton və ya 0,06% yüksələrək təxminən 4,2 milyon ton səviyyəsində olub.
Finss.az SOCAR-ın məlumatına əsasən xəbər verir ki, bu rəqəmlər şirkətin öz imkanları ilə çıxardığı neftlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət paylarını da əhatə edir.
Eyni dövrdə ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, daxili istehlak isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında isə 6% artım müşahidə olunub.
Fuad Mədətov
Finss.az