Finss.az xəbər verir ki, çərşənbə günü ABŞ fond indeksləri investorların şirkət xəbərlərini dəyərləndirməsi və Federal Ehtiyatlar Sisteminin Rəhbərlər Şurasında dəyişiklikləri və beynəlxalq ticarəti izləməsi ilə yüksəlib.
Ötən həftə Fed-in qubernatoru Adriana Kuqler vəzifəsindən bir neçə ay tez - 2026-cı il yanvarın 31-də deyil, avqustun 8-də gedəcəyini açıqlamışdı.ABŞ prezidenti Donald Tramp onun qərarını "xoş sürpriz" adlandırıb.
Tramp FED-in İdarə Heyətindəki boş yer üçün maliyyə naziri Scott Bessent-i düşünmür. Eyni zamanda prezident CNBC telekanalına müsahibəsində “tezliklə” seçimini açıqlayacağını bildirib.
Kuqlerin gedişi ona indiki rəhbər Cerom Pauelin gələn may ayında səlahiyyət müddətini başa vurmasından sonra FED-in rəhbəri ola biləcək şəxsi bu vəzifəyə təyin etmək imkanı verir.
"Bu, dörd namizəddən biri olacaq" dedi Tramp. O, Ağ Evin hazırkı iqtisadi müşaviri Kevin Hassetti, həmçinin Corc Buş administrasiyasında eyni vəzifədə çalışmış və daha sonra Federal Ehtiyatlar Şurasında işləyən Kevin Uorş kimi “çox yaxşı” namizədlər kimi baxır.
Prezident digər iki namizədin adını çəkməsə də, Bessent-in Xəzinədarlıq katibi qalmaq istədiyi üçün bu vəzifəyə müraciət etməyəcəyini bildirib.
Tramp həmçinin ölkənin Rusiya neftini alması səbəbindən Hindistan idxalına əlavə 25 faiz rüsum tətbiq edib.
Apple Inc-in səhmləri ticarətdə 5,1 faiz artıb, çünki şirkət ABŞ-a əlavə 100 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb və dörd il ərzində ölkədəki ümumi investisiyanı 600 milyard dollara çatdırıb. Bu ilin əvvəlində Tramp “Apple”ı ölkədə satılan “iPhone” telefonları ölkə hüdudlarından kənarda istehsal edilərsə, onlara “ən azı 25 faiz” rüsum tətbiq etməklə hədələmişdi.
McDonald's Corp-un səhmləri 3 faiz artıb. Dünyanın ən böyük fast-food şəbəkəsi ikinci rübdə xalis mənfəətini 11%, gəlirini isə 5% artırdı, gəlir və düzəliş edilmiş mənfəət bazar gözləntilərini üstələdi.