Finss.az xəbər verir ki, ABŞ fond indeksləri bazar ertəsi ticarət sessiyasının sonunda ucuzlaşıb. Bu enişin əsas səbəbi bazar iştirakçılarının Stiven Miranın Federal Ehtiyat Sisteminin (FED) Rəhbərlər Şurasının vakant vəzifəsinə namizəd kimi irəli sürülməsi ilə bağlı xəbərləri qiymətləndirməyə davam etməsi olub.
Analitiklər hesab edirlər ki, bu təyinat FED-in əsas uçot dərəcəsini daha tez endirməsi ehtimalını artıra bilər.
Bu həftə ABŞ-da mühüm iqtisadi göstəricilər açıqlanacaq. Çərşənbə axşamı iyul ayı inflyasiyası ilə bağlı məlumatlar, həftənin sonunda isə sənaye istehsalı və pərakəndə satış statistikaları dərc ediləcək. Trading Economics sorğusuna qatılan analitiklər istehlak qiymətlərinin illik artım tempinin iyunda 2,7%-dən 2,8%-ə yüksələcəyini proqnozlaşdırırlar.
E*Trade şirkətinin nümayəndəsi Chris Larkin bildirib ki, “Bu məlumatlarda gözlənilməz nəticələr bazarlarda kəskin reaksiyaya səbəb ola bilər. Xüsusilə inflyasiya proqnozdan yüksək olarsa, treyderlər FED-in növbəti iclasında dərəcələri azaltmayacağına inanacaqlar”.
Bununla yanaşı, Citigroup analitikləri ABŞ-ın SP 500 fond indeksi üzrə proqnozlarını yaxşılaşdırıblar. Belə ki, 2024-cü ilin sonuna qədər indeksin əvvəlki 6300 bəndlik hədəfdən 6600 bəndədək yüksələcəyi, 2026-cı ilin ortalarında isə 6900 bəndə çatacağı gözlənilir (əvvəlki proqnoz 6500 bənd idi).