AVTO

13 Avqust

Bu avtomobillərinin seriyalı istehsalına start verildi

Finss.az - Rusiyanın AGR avtomobil qrupu, Çinin Defetoo şirkəti ilə birgə Kaluqadakı keçmiş Volkswagen zavodunda Tenet markalı avtomobillərin seriyalı istehsalına başlayıb.

Bu təşəbbüs Rusiya avtomobil sənayesində yeni texnoloji mərhələnin əsasını qoyur.

AGR-nin mətbuat xidmətinin verdiyi məlumata görə, ilk istehsal olunan model Tenet T7 krossoveridir. İstehsal prosesi zavodun əsas istehsal sexlərinin – qaynaq, rəngləmə və montaj sahələrinin tam texnoloji modernləşdirilməsindən sonra mümkün olub.

AGR və Defetoo arasında texnoloji tərəfdaşlıq 2025-ci ilin fevralında imzalanıb. Layihənin texniki hazırlığı isə hələ 2024-cü ildə başlamışdı. Zavodun istehsalat bazasının yaradılması üçün genişmiqyaslı modernizasiya işləri aparılıb.

AGR Holdinqin Direktorlar Şurasının sədri Andrey Pavloviç bu layihəni Rusiya sənayesinin inkişafında dönüş nöqtəsi adlandırıb:

“Bu gün biz təkcə konveyerin işə salınması haqqında deyil, həm də Rusiya müəssisələrinin sürət, səmərəlilik, keyfiyyət və təşkilatçılıq səviyyəsində tanınmış qlobal istehsalçılarla rəqabətə davamlı olduğunu göstərən yeni sənaye təməli haqqında danışırıq.”

Bu addım Qərb avtomobil markalarının bazardan çəkilməsindən sonra Rusiya üçün yeni sənaye tərəfdaşlıqları və texnologiyaların lokallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Əlavə bax: Tesla Texasda robot taksi xidməti üçün lisenziya aldı — Yeni qanun sürücüsüz avtomobillərə əlavə tələblər qoyur