2025-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixracı məqsədilə 254 mənşə sertifikatı verilib.
Finss.az-ın Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1% çoxdur.
Məlumatda qeyd olunur ki, hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarına nisbətən 22,1% artıb.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Eastman Kodak borclarını ödəmək qabiliyyətini şübhə altına alır