Finss.az xəbər verir ki, sabit qiymətli mağazalar şəbəkəsi Fix Price 2025-ci ilin əvvəlindən bəri 330-dan çox yeni pərakəndə satış nöqtəsi açıb. Yeni açılışlar həm Rusiyada, həm də şirkətin fəaliyyət göstərdiyi digər ölkələrdə həyata keçirilib.
Hazırda Fix Price şəbəkəsində mağazaların ümumi sayı 7,5 minə çatıb.
Şirkətin məlumatına görə, 2025-ci ilin ilk yeddi ayında Fix Price şəbəkəsində işçilərin orta sayı 49 min nəfəri ötüb. Genişlənmə çərçivəsində açılan mağazalarda 2,4 min yeni iş yeri yaradılıb. Onların 2078-i Rusiyada, 253-ü Qazaxıstanda, 88-i isə Belarusda fəaliyyətə başlayıb.
Fix Price hazırda Rusiyada sabit qiymətli mağazaların ən böyük operatoru olaraq bazarda lider mövqeyini qoruyur.