BİZNES

19 Avqust

ABŞ fond bazarı Jackson Hole öncəsi FED-in faiz qərarını gözləyir

ABŞ fond bazarı Jackson Hole İqtisadi Simpoziumu öncəsi diqqət mərkəzindədir. Bank of America analitiklərinin fikrincə, FED sədri Cerom Pauellin çıxışı investorların gözləntilərinə ciddi təsir göstərə bilər. Analitiklər bildirirlər ki, zəifləyən əmək bazarı fonunda Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini azaltmağa yaxınlaşır və bu, səhmlərə və kriptovalyutalara investisiya axınını gücləndirib.

Hazırda SP 500 indeksi böyük texnologiya şirkətlərinin səhmlərinin artımı ilə tarixi maksimumunu yeniləyib və aprel ayındakı minimumdan 30%-ə yaxın yüksəlib. İnvestorlar FED-in sentyabr iclasında faiz endirim ehtimalını 92% səviyyəsində qiymətləndirirlər. Ekspertlər isə xəbərdarlıq edir ki, Pauellin yumşaq ritorikası bazarda “şayiələrə görə al, faktlara görə sat” yanaşmasını stimullaşdıra bilər.

Cekson Hole Simpoziumu 21-23 avqust tarixlərində keçiriləcək və dünyanın aparıcı mərkəzi bank rəhbərlərinin iştirakı ilə qlobal iqtisadiyyat üçün mühüm siqnallar verəcək.