Finss.az - Woodside Energy ABŞ-ın Luiziana ştatında yerləşən 17,5 milyard dollarlıq Louisiana LNG layihəsinin əsas səhmdarlığını – 80%-ə qədər – saxlamağı planlaşdırır. Şirkət eyni zamanda layihənin 20-30%-lik hissəsini satışa çıxarmaq üçün potensial tərəfdaşlarla danışıqlar aparır, onlardan biri Saudi Arabian Oil Co. (Aramco) şirkətidir.
Woodside Energy CEO-su Meg O’Nill bildirib ki, şirkət Tellurian-ın ötən il 900 milyon dollara alınmasından sonra əldə etdiyi Louisiana LNG layihəsinin 20-30%-lik payını satmağı planlaşdırır. Danışıqlar bir neçə ay davam edib və apreldə Woodside layihənin tikintisini hər hansı səhmdar payı satışından əvvəl təsdiqləyib.
O’Nill əlavə edib:
“Biz heç yerə tələsmirik. Disiplinli şəkildə hərəkət edəcəyik.”
Woodside-un səbirli yanaşması əvvəlki 5,7 milyard dollarlıq Stonepeak razılaşması ilə də əlaqədardır. Stonepeak şirkəti Louisiana LNG-in infrastrukturunu dəstəkləyən şirkətdə 40% pay alıb. Bu razılaşmaya əsasən, Stonepeak-ın yatırımı layihənin ilkin mərhələlərində istifadə olunacaq və 2025-ci və 2026-cı illərdə layihə üçün kapital xərclərinin 75%-ini təmin edəcək.
Bu addımlar Woodside Energy-ə layihədə əsas nəzarəti saxlayaraq strateji tərəfdaşlarla əməkdaşlıq imkanı verir.
Eləcədə bax: Fəqani Rəhimova hökm oxundu – 5 il şərti cəza