BİZNES

21 Avqust

Peabody Energy Anglo American ilə 3,8 mlrd dollarlıq sövdələşmədən imtina etdi

Peabody Energy Anglo American ilə kömür sövdələşməsindən çıxdı

Finss.az xəbər verir ki, ABŞ-ın kömür istehsalçısı Peabody Energy, Anglo American-ın kokslaşan kömür aktivlərini 3,8 milyard dollara almaq barədə keçən ilin noyabrında imzalanmış müqavilədən imtina edib.

Şirkətin açıqlamasına görə, qərar Avstraliyanın Moranbah Şimal mədənində martın 31-də baş verən yanğın və digər neqativ amillərlə əlaqədardır. Yanğının səbəbi hələ də bəlli deyil, mədənin bərpa tarixi isə qeyri-müəyyən qalır. Halbuki, burada 2025-ci ildə 5,3 milyon ton kömür hasilatı planlaşdırılırdı.

Hadisənin fonunda Anglo American səhmləri London ticarətində 2,4%, Peabody səhmləri isə Nyu York birjasında 6,6% bahalaşıb.