BİZNES

21 Avqust

“ABŞ hökuməti Intel-də pay sahibi ola bilər – Lutnik”

Finss.az xəbər verir ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik Ağ Evin Intel korporasiyasında pay sahibi olmaqla bağlı müzakirələri təsdiqləyib. Onun sözlərinə görə, məqsəd prezident Co Bayden administrasiyası tərəfindən ayrılmış qrantların səs hüququ olmayan səhmlərə çevrilməsidir.

Nazir vurğulayıb ki, hökumət Intel-in ən böyük səhmdarına çevrilsə belə, şirkətin əməliyyatlarına müdaxilə etməyəcək və səhmdarların səsverməsində iştirak etməyəcək.