Finss.az – Yaponiyanın Sony korporasiyası avqustun 21-dən etibarən ABŞ-da PlayStation 5 oyun konsollarının tövsiyə olunan pərakəndə satış qiymətini artırıb. Şirkət açıqlamasında iqtisadi çətinlikləri səbəb göstərərək bu qərarı verdiyini bildirib.
Qiymət dəyişiklikləri belədir:
-
Adi PlayStation 5: 500$ → 550$
-
PS5 Digital Edition: 500$ (qiymət dəyişməz)
-
PS5 Pro: 750$
Sony əlavə edib ki, PS5 aksesuarlarının qiymətləri ABŞ-da dəyişməyib, həmçinin digər bazarlarda qiymət dəyişikliyi yoxdur. Şirkət, qlobal iqtisadi şəraitin təsirlərini nəzərə alaraq bu addımı atdığını vurğulayıb.