BİZNES

26 Avqust

Çində 146 milyard kubmetrlik yeni şist qazı yatağı kəşf edildi

Finss.az xəbər verir ki, Çin neft-qaz şirkəti Sinopec təsdiqlənmiş ehtiyatları 146 milyard kubmetrdən çox olan iri şist qazı yatağının kəşfini elan edib. Xəbəri Sinxua agentliyi yayıb.

Yeni yataq Honqsin adlanır və Chongqing şəhəri ilə Hubei əyaləti arasında yerləşir. Qaz ehtiyatları 3,3 km – 5,5 km dərinlikdə aşkarlanıb.

Sinopec şirkəti yatağın geoloji quruluşunun mürəkkəb olduğunu, bunun da kəşf və istismar prosesini çətinləşdirdiyini bildirib. Bununla belə, texnoloji yeniliklər sayəsində sınaq quyularından birində hasilat həcmi sutkada 89 min kubmetrdən 323,5 min kubmetrə qədər artırılıb.

Bu kəşf, Çinin enerji təhlükəsizliyinin güclənməsi və qaz istehsalında özünütəminat səviyyəsinin yüksəldilməsi baxımından mühüm addım hesab olunur.