Finss.az xəbər verir ki, Sycamore Partners investisiya fondu tərəfindən alınan Walgreens Boots Alliance şirkəti korporativ strukturunda dəyişiklik edəcəyini açıqlayıb.
-
Şirkət bir neçə müstəqil struktur bölməyə ayrılacaq: Walgreens aptekləri, Shields Health Solutions (evdə səhiyyə xidməti CareCentrix), VillageMD terapevtik klinikalar və Britaniya Boots Group şəbəkəsi.
-
Yeni baş direktor Mayk Motz olacaq, keçmiş CEO Tim Ventvort isə direktorlar şurasına daxil ediləcək.
-
Walgreens-in 10 milyard dollara alınması ilə bağlı müqavilə martda elan edilib və şirkətin səhmləri birjada ticarətini dayandırıb.