Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə nəqli neft sızması insidentinə baxmayaraq davam edir. Respublika Energetika Nazirliyi bildirib ki, hazırda istismarda olan yeganə yanalma qurğusu ilə daşınmalar normal rejimdə həyata keçirilir və neft yükgöndərənlərdən məhdudiyyətsiz qəbul edilir. Hadisənin nəticələrinin aradan qaldırılması və gələcək daşınmalara təsirinin qiymətləndirilməsi üçün “KazMunayQaz” mütəxəssisləri əraziyə göndərilib. Nazirlik CPC rəhbərliyi ilə daimi əlaqə saxlayaraq vəziyyətə nəzarət edir.