Finss.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Dövlət Başçıları Şurası Tyanjin Bəyannaməsinə əsasən İnkişaf Bankının yaradılmasına razılıq verib. Bəyannamədə iştirakçı dövlətlər bu maliyyə institutunun yaradılmasının vacibliyini təsdiqləyərək, fəaliyyətlə bağlı məsləhətləşmələrin intensivləşdirilməsi barədə qərar qəbul ediblər.
ŞƏT üzvləri həmçinin inkişaf etməkdə olan ölkələrin beynəlxalq maliyyə institutlarında, o cümlədən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondunda təmsilçiliyinin artırılmasını dəstəkləyirlər. Bəyannamədə həmçinin milli valyutaların qarşılıqlı hesablaşmalarda payının mərhələli şəkildə artırılması üçün yol xəritəsinin həyata keçirilməsi vacib olduğu vurğulanıb.
Bu qərarlar ŞƏT üzvlərinin iqtisadi inteqrasiyasını gücləndirəcək və beynəlxalq maliyyə əməkdaşlığında rolu artıracaq.