Finss.az xəbər verir ki, Varşava və Seul Polşada CGR-080 raketlərinin istehsalına dair investisiya sazişi imzalayıblar. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, zavod “WB Electronics” və “Hanwha Aerospace” şirkətlərinin birgə müəssisəsi əsasında tikiləcək.
Müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, bu saziş Polşanın silah və raket istehsalı imkanlarını genişləndirəcək və texnologiyanın ölkə daxilində istehsalına şərait yaradacaq.
CGR-080 raketləri Seuldan alınan Homar-K (K239 Chunmoo MLRS) sistemlərində istifadə olunur. Nazirlik qeyd edib ki, texnologiya transferi sayəsində raketlər Polşa ordusunun digər sistemlərində də tətbiq ediləcək.