BİZNES

03 Sentyabr

Avqustda Rusiya limanlarında Urals neftinə endirimlər 0,3-0,6 dollar/barel artıb

Finss.az xəbər verir ki, Rusiya limanlarında Rusiyanın “Urals” markalı neftinin qiyməti iyul ayı ilə müqayisədə avqustda bir barel üçün 0,3-0,6 dollar artıb, Çində mükafatlar isə 0,7 dollar/barel azalıb.

Belə ki, Urals FOB Primorsk NSD (Severomorsk Dated) üzrə iyulda 11,96 dollardan avqustda 12,54 dollar/barelə qədər, FOB Novorossiysk üzrə iyulda 11,807 dollar/barelə qarşı endirim bir qədər az artaraq avqustda 12,09 dollar/barelə yüksəlib.

Avqustda "North Sea Dated" (NSD, Şimal dənizi Brent, Forties, Oseberg, Ekofisk və Troll, həmçinin Amerika markalı WTI Midland səbətinin qiymətini əks etdirir) etalon kotirovkasının qiyməti iyulun orta qiyməti ilə müqayisədə 2,7 dollar/barelə ucuzlaşıb.

Argus-un məlumatına görə, avqustun sonunda Hindistan limanlarında (DAP West Coast India) Rusiya Urals üçün endirim iyul ayı ilə müqayisədə 0,76 dollar/barel artaraq 2,8 dollar/barelə çatıb.

Avqustun 6-da ABŞ prezidenti Donald Tramp Rusiya neftinin alınmasına görə Hindistana əlavə rüsumlar tətbiq etdiyini açıqlayıb.