BİZNES

04 Sentyabr

UniCredit Commerzbank-ı almayacaq – CEO Bettina Orlopp açıqladı

Finss.az xəbər verir ki, UniCredit Commerzbank-ı satın almayacaq. Bankın baş icraçı direktoru Bettina Orlopp çərşənbə günü sənaye konfransında bildirib ki, yekun qərar Commerzbank səhmdarlarına aiddir.

Avqust ayında UniCredit törəmələri səhmə çevirərək Commerzbank-dakı payını 26%-ə çatdırıb. Bank qalan maliyyə alətlərini səhmlərə çevirərək payını təxminən 29%-ə yüksəltməyi planlaşdırır. Orlopp qeyd edib ki, alqı-satqı yalnız səhmdarlar üçün dəyər yaradıb-yaratmamasından asılı olacaq.

UniCredit Commerzbank-dakı payını ötən ilin sentyabrından artırmağa başlayıb və bu müddət ərzində bank strateji hədəflərinə fokuslanıb. Commerzbank isə işçilərin, müştərilərin və Almaniya hökumətinin narahatlığı səbəbindən müstəqilliyini qorumaq istəyir.