Finss.az xəbər verir ki, Moldova Energetika Nazirliyi yayda keçirilən tenderin qalibi olan şirkətlərin 60 MVt gücündə günəş elektrik stansiyalarından ibarət parkı rəsmi olaraq istifadəyə verib. Bu, Böyük ixtisaslı istehsalçı statusu üçün keçirilən ilk hərracın nəticəsidir.
İyun ayında Nazirlik 60 MVt-lıq günəş və 105 MVt-lıq külək elektrik stansiyaları da daxil olmaqla, 165 MVt bərpa olunan enerji obyektlərini tikəcək şirkətləri müəyyən etmişdi. Avqust ayında isə investorlar rəsmi olaraq ixtisaslı iri istehsalçı statusu əldə edərək Energocom ilə 15 illik zəmanətli alqı-satqı müqavilələri bağlamaq imkanına sahib olublar.
Hərrac nəticəsində müəyyən edilən günəş enerjisi qiyməti 59,1 avro/MVt-saat, külək enerjisi isə 67,2 avro/MVt-saat təşkil edir ki, bu da Energocom portfelində ən rəqabətli tariflərdən biridir.