Neft qiymətləri qlobal yanacaq bazarında təklifin artması ilə bağlı narahatlıqlar fonunda ucuzlaşmağa davam edir. London ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 67,17 dollar/barel, Nyu-York NYMEX birjasında isə WTI markalı neftin oktyabr fyuçersləri 63,52 dollar/barel səviyyəsinə enib. Ekspertlər qeyd edir ki, bazarda təklifin çoxalması və əvvəlki sessiyalardakı enişlər qiymətlərə təzyiq göstərir.