BİZNES

05 Sentyabr

Növbəti hərracda 28 nəqliyyat vasitəsi satılıb

 

Finss.az - Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 80 sifariş qəbul edilib, 28 nəqliyyat vasitəsi satılıb.

Sentyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus 28 nəqliyyat vasitəsi satılıb. Avtomobillər üzrə hərrac rəqabətli olub.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 9, 16, 23 və 30 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.