BİZNES

08 Sentyabr

ABŞ-da işsizlik avqust ayında 4,3%-ə yüksəlib

Finss.az xəbər verir ki, Əmək Departamentinin məlumatına görə, avqust ayında ABŞ iqtisadiyyatında iş yerlərinin sayı 22 min artıb.

Trading Economics və MarketWatch tərəfindən aparılan sorğulara görə, analitiklər orta hesabla 75,000 artım proqnozlaşdırmışdılar.

Yenidən işlənmiş məlumatlara görə, iyulda bu rəqəm daha əvvəl bildirildiyi kimi 73 min yox, 79 min artıb. İyun ayında iş yerlərinin sayı 14 min yox, 13 min azalıb.

Ölkədə işsizlik səviyyəsi əvvəlki ayda 4,2%-ə nisbətdə keçən ay 4,3%-ə yüksəlib. Bu, ekspertlərin gözləntiləri ilə üst-üstə düşdü.