2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 864,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7% çoxdur.
Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən bildirir ki, bu dövrdə hüquqi şəxslər tərəfindən həyata keçirilən dövriyyə 496,6 milyon manat təşkil edib ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edir.
Rayonlar üzrə ən yüksək dövriyyə Səbail rayonunda qeydə alınıb. Belə ki, Səbaildə ictimai iaşə dövriyyəsi 294 milyon 355,4 min manat olub ki, bu da 2024-cü ilin I yarımili ilə müqayisədə 17,7% artım deməkdir. Nərimanov rayonu ikinci yerdədir və burada dövriyyə 127 milyon 786,3 min manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 31,5% çoxdur. Üçüncü sırada Nəsimi rayonu qərarlaşıb; burada dövriyyə 90 milyon 862,7 min manat olub və artım 0,6% təşkil edib.
Kafe və restoranların dövriyyəsində ən yüksək artım Nərimanov (31,5%), Pirallahı (24,5%) və Sabunçu (21,5%) rayonlarında qeydə alınıb. Əksinə, Suraxanı rayonunda 9,1% azalma müşahidə olunub.
Rayonlar üzrə ictimai iaşə dövriyyələri aşağıdakı kimidir:
Bakı rayonu | Restoranların dövriyyəsi (min manat) | Artım/Azalma (%) |
---|---|---|
Səbail | 294,355.4 | 17,7% artıb |
Nərimanov | 127,786.3 | 31,5% artıb |
Nəsimi | 90,862.7 | 0,6% artıb |
Yasamal | 85,420.7 | 12,7% artıb |
Xətai | 71,006.4 | 17% artıb |
Nizami | 50,874.8 | 19,4% artıb |
Binəqədi | 43,795.3 | 10,8% artıb |
Xəzər | 33,272.9 | 6,6% artıb |
Qaradağ | 24,868.6 | 19,4% artıb |
Sabunçu | 22,768.8 | 21,5% artıb |
Suraxanı | 14,730.3 | 9,1% azalıb |
Pirallahı | 4,520.3 | 24,6% artıb |
Fuad Mədətov
Finss.az