Finss.az xəbər verir ki, İngiltərənin məşhur futbol klubu "Tottenham Hotspur", son günlərdə komandanın alınması ilə bağlı təqdim olunan iki böyük investisiya təklifini rədd edib.
Məlumata görə, təkliflərdən biri “Newcastle United”in keçmiş həmsahibi Amanda Stavelinin PCP International Finance fondu, digəri isə Rocer Kennedi və Vinq-Fai Nq tərəfindən təklif olunub. Lakin klubun sahibi olan ENIC Sports Developments Holdings Ltd və klub rəhbərliyi bu təklifləri qətiyyətlə rədd etdiklərini açıqlayıb.
Rəsmi bəyanat:
"Klubun idarə heyəti və ENIC təsdiqləyir ki, 'Tottenham Hotspur' satılmır və hər hansı pay təklifini qəbul etmək niyyətində deyilik".
Xatırladaq ki, klubun uzun müddətli sədri Daniel Levi bu yaxınlarda 25 illik vəzifəsindən istefa verib.
İdman göstəriciləri:
Tottenhem ötən mövsüm İngiltərə Premyer Liqasını 17-ci pillədə başa vurub, lakin Avropa Liqasının qalibi olub. Bu isə klubun idman performansı ilə maliyyə və struktur sabitliyi arasında ziddiyyət yaradır.