Finss.az xəbər verir ki, Nasdaq birjasının operatoru şirkətlərin platformada listinqinə dair yeni qaydaları təqdim edib, minimum sərbəst dövriyyə göstəricisinə dair tələbləri sərtləşdirib və aşağı aktiv səhmlərin delistinqinin sürətləndirilmiş prosedurunu nəzərdə tutur. Operatorun press-relizində deyilir ki, dəyişikliklər ticarət fəaliyyətinin, o cümlədən kiçik şirkətlərin səhmlərinin dəyərini şişirtmək məqsədilə qəsdən manipulyasiya hallarının təhlilinin nəticəsi olub.