Finss.az xəbər verir ki, Fransanın aparıcı lüks moda holdinqi Kering SA səhmdarlarının ümumi yığıncağında Luka de Meonun baş direktor (CEO) təyin olunmasını böyük səs çoxluğu ilə təsdiqləyib. Bu dəyişiklik, direktorlar şurasının sədri və CEO rollarının ayrılması siyasətinin tərkib hissəsidir.
Luka de Meo 15 sentyabr 2025-ci ildən vəzifəsinin icrasına başlayacaq. İndiyədək CEO vəzifəsini icra edən Fransua-Henri Pinault isə Kering-in direktorlar şurasının sədri kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, de Meo bu vəzifəyə Renault şirkətindəki CEO postunu tərk etdikdən sonra gətirilib.
Kering Group, Gucci, Saint Laurent, Balenciaga, Bottega Veneta, McQueen və Brioni kimi dünya şöhrətli brendlərin sahibidir və 47 min əməkdaşı olan qlobal nəhəng sayılır. Şirkətin illik gəliri 17,2 milyard avro təşkil edir.
Bu xəbərin fonunda Kering-in səhmləri 0,5% ucuzlaşıb.