BİZNES

16 Sentyabr

Qlobal çip satışları iyulda 20,6% artıb

Finss.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) press-relizinə əsasən, iyul ayında qlobal çip satışları illik müqayisədə 20,6% artaraq 62,1 milyard dollara çatıb.

İyun ayı ilə müqayisədə artım 3,6% təşkil edib.

Şimali və Cənubi Amerikada satışlar iyulda illik müqayisədə 23,9%, Çində 10,4%, Avropada 5,7%, Asiya-Sakit okean və digər regionlarda 35,6% artıb. Eyni zamanda Yaponiyada 6,3% azalma qeydə alınıb.

Çip satışı iyun ayı ilə müqayisədə Şimali və Cənubi Amerikada 8,6%, Asiya-Sakit okean regionunda isə 4,9% artıb. Bununla yanaşı, Çində satışlar 1,3%, Yaponiyada 0,2% azalıb, Avropada isə faktiki olaraq dəyişməz qalıb.

SIA Amerika yarımkeçirici sənayesi nümayəndələrinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni birləşdirir.