Finss.az xəbər verir ki, Birləşmiş Ştatlar, G7 ölkələrinə Rusiyanın dondurulmuş suveren aktivlərinin Ukraynanın müdafiəsi üçün istifadəsinə şərait yaradacaq hüquqi mexanizmin yaradılmasını təklif etməyi planlaşdırır.
Amerika rəsmilərinin fikrincə, bu təşəbbüs həm Moskvanın təcridini artıracaq, həm də Ukraynaya davamlı maliyyə dəstəyi verilə bilməsi üçün yeni imkan yaradacaq. Agentlik qeyd edir ki, yüksək vəzifəli ABŞ və Avropa rəsmiləri Rusiya aktivlərinin tədricən ələ keçirilməsi variantlarını da müzakirə ediblər.
Bu təşəbbüs, beynəlxalq maliyyə hüququ baxımından önəmli presedent yarada bilər və gələcəkdə dövlətlərarası iqtisadi təzyiq aləti kimi istifadə oluna bilər.
