Finss.az xəbər verir ki, Rusiya ilə Çin arasında vizasız rejim barədə məlumatların yayılması fonunda Çinə aviabilet qiymətləri 15-20% artıb.
Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) bildirir ki, ötən illə müqayisədə Çinə səyahət üçün bronlaşdırma sayı 2 dəfə artıb. Bahalaşma əsasən Çin hava daşıyıcıları tərəfindən tətbiq edilib.
CEM onlayn xidmətinin əməkdaşı Viktoriya Kizimova qeyd edib ki, “ötən il biletlər, xüsusilə tranzit reyslər, daha ucuz idi. İndi isə vizasız rejim xəbərləri aviaşirkətlərin qiymətləri artırmasına səbəb olub.”
Analitiklərə görə, yaxın aylarda bu tendensiyanın davam edəcəyi gözlənilir.
