BİZNES

16 Sentyabr

Tesla Almaniyada İstehsalı Artıracaq – Satışlar Azalsa da, Gələcəyə Nikbin Baxır

Finss.az xəbər verir ki, Tesla 2025-ci ilin sonuna qədər Almaniyadakı zavodunda istehsal həcmini artırmağı planlaşdırır. Bu barədə zavodun baş direktoru Andre Tiriq DPA agentliyinə açıqlama verib.

“Hazırda satış göstəricilərimiz yaxşıdır və bu səbəbdən istehsal planlarımızı artırırıq,” – deyə Thierig bildirib. O əlavə edib ki, Tesla hazırda 30-dan çox bazara avtomobil ixrac edir və bu bazarların əksəriyyətindən müsbət siqnallar alır.

Bununla belə, Almaniyada avqust satışları keçən illə müqayisədə 39% azalaraq 1440 ədəd, 8 ayda isə 56% azalaraq 11 440 avtomobil təşkil edib. Məlumat KBA avtomobil nəqliyyatı agentliyi tərəfindən təqdim olunub.