Finss.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian, ABŞ-ın G7 və NATO ölkələrinə Çin mallarına tarif tətbiq etmək çağırışını kəskin şəkildə tənqid edib. Bu barədə məlumatı “Global Times” yayıb.
Lin Jian bildirib ki, Vaşinqtonun bu addımı beynəlxalq ticarət qaydalarını ciddi şəkildə pozur və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə təhlükə yaradır. O əlavə edib:
“ABŞ-ın bu addımı tipik birtərəfli zorakılıq və iqtisadi məcburiyyət aktıdır. Bu, Ukrayna problemini həll etməyəcək.”
Sözügedən bəyanat, ABŞ-ın Çin şirkətlərini Rusiyadan neft alışına görə cəzalandırmaq məqsədilə G7 və NATO ölkələrinə tarif təzyiqi göstərməsi fonunda səslənib.
Pekinin rəsmi mövqeyi budur ki, iqtisadi təzyiqlər və ticarət məhdudiyyətləri beynəlxalq əməkdaşlığa zərbə vurur və qeyri-sabitlik riski yaradır.
