Litva, Latviya və Estoniya Rail Baltica dəmir yolu layihəsinin elektrikləşdirilməsi ilə bağlı 1,77 milyard avro dəyərində müqavilə imzalayıb. Saziş Vilnüsdə keçirilən mərasimdə rəsmi şəkildə təsdiqlənib. Layihə çərçivəsində 2,400 km uzunluğunda dəmir yolu elektrikləşdiriləcək, 50 minədək ötürücü xətt dayağı quraşdırılacaq.
RB Rail birgə müəssisəsinin rəhbəri Marko Kivila bildirib ki, bu müqavilə ilk dəfə üç Baltikyanı ölkəni əhatə edən tamhüquqlu elektrikləşdirmə razılaşmasıdır. Rail Baltica, Baltikyanı ölkələri Avropa dəmir yolu şəbəkəsinə birləşdirməyi hədəfləyən ən böyük regional infrastruktur layihəsidir.
