Finss.az xəbər verir ki, Microsoft korporasiyası rüblük dividendlərini 10% artırdığını bildirib.
“Microsoft”un direktorlar şurası rüblük dividendləri hər səhmə görə 83 sentdən 91 sentə yüksəltmək qərarına gəlib.
Yeni dividend dekabrın 11-də ödəniləcək, səhmlər reyestri noyabrın 20-də bağlanacaq.
Bundan əlavə, şirkət səhmdarların illik yığıncağının tarixini açıqladı - bu, dekabrın 5-də baş tutacaq.