BİZNES

29 Sentyabr

Starbucks Şimali Amerikada mağazalarının 1%-ni bağlayacaq və 900 işçini ixtisar edəcək.

Finss.az xəbər verir ki, Dünyanın ən böyük qəhvə dükanları şəbəkəsi olan Starbucks Corp., restrukturizasiyanın bir hissəsi olaraq aşağı performans göstərən mağazaların təxminən 1%-ni bağlamağı və yüzlərlə işçini işdən çıxarmağı planlaşdırır.

Starbucks-ın baş direktoru Brayan Nikkolun şirkətin saytında verdiyi açıqlamaya görə, şirkət sentyabrın sonuna kimi Şimali Amerika şəbəkəsindəki mağazaların sayını 18 300-ə endirmək niyyətindədir.