Finss.az xəbər verir ki, Rusiya Federal Antiinhisar Xidməti (FAS) ölkənin aparıcı onlayn ticarət platformaları olan Wildberries və Ozon şirkətlərinə satıcılarla qarşılıqlı əlaqə qaydalarını yenidən nəzərdən keçirməyi tövsiyə edib.
Bu qərar FAS-ın Ekspert Şurasının iclası zamanı qəbul olunub və satıcıların maraqlarına zidd addımların atıldığına dair sübutların olması ilə əsaslandırılıb.
FAS bildirir ki, bəzi marketplace (rəqəmsal bazar) platformalarının fəaliyyəti:
- Alıcı və satıcıların maraqlarına zidd risklər daşıyır,
- Sahibkarların qeyri-bərabər və əlverişsiz şərtlərlə işləməyə məcbur qalmasına səbəb olur.
Bununla bağlı Wildberries və Ozon platformalarına satıcı siyasətini şəffaflaşdırmaq, komissiya, qaydalar və cərimə mexanizmlərini yenidən gözdən keçirmək tövsiyə olunub.