BİZNES

13 Oktyabr

Brent markalı neftin bir barreli 63,7 dollara yüksəlib.

Finss.az xəbər verir ki, ABŞ və Çin arasında artan gərginlik fonunda əvvəlki sessiyada kəskin enişdən sonra neft qiymətləri bazar ertəsi səhər inamla bərpa olunur.

Moskva vaxtı ilə saat 8:15-də Londonun ICE Futures Exchange birjasında Brent markalı dekabr fyuçersləri 0,92 dollar (1,47%) artaraq 63,65 dollar/barel təşkil edib. Cümə günü Brent 2,49 dollar (3,82%) ucuzlaşaraq 62,73 dollar/barel olub.

Bu vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçersləri elektron ticarətdə 0,88 dollar (1,49%) bahalaşaraq 59,78 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada müqavilə 2,61 dollar (4,24%) ucuzlaşaraq 58,90 dollar/barel olub.